Yapon avtomobil nəhəngi benzin və dizel yanacaqlarından tam imtina edir

Yapon avtomobil nəhəngi benzin və dizel yanacaqlarından tam imtina edir
Yaponiyanın avtomobil nəhəngi sayılan “Toyota” şirkəti 2050-ci ilədək istehsal edəcəyi bütün avtomobillərin tam şəkildə benzin və dizel yanacaqlarından imtina edəcəyini açıqlayıb.Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, şirkət 2050-ci ildən sonra istehsal edəcəyi bütün avtomobillərin alternativ enerji mənbələri ilə çalışacağını bəyan edib.Şirkətin yaydığı bəyanatda deyilir ki, artıq “Toyota” 2010-cu ildən dünya bazarına hibridlə çalışan avtomobillər çıxarır: “Artıq “Toyota”nın “Prius” hibridlə çalışan modeli dünya bazarında müsbət qarşılanıb. Şirkət 2050-ci ilədək bütün modellərini bu sistemlə dünya bazarına tanıdacaq.Karbon qazı istehsal edən “Toyota” avtomobillərinin sayı 2020-ci ildə 30 min, hibridlə çalışan avtomobillərin illik satış sayı isə 1,5 milyon ədədə çatacaq”.

OXŞAR XƏBƏRLƏR