Almaniyada yük maşını kafeyə girib: ölən və yaralananlar var - FOTO

Almaniyada yük maşını kafeyə girib: ölən və yaralananlar var - FOTO
Almaniyada yük maşını kafeyə girib: ölənlər, 50 yaralı var

Şənbə günü yerli vaxtla saat 17 radələrində Almaniyanın Münster şəhərində köhnə şəhərin mərkəzində yük maşını səkiyə çıxaraq adamları vurub. KİV-in təcili xidmət mənbələrindən aldığı  İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər həlak olub. Lakin qurbanların siyahısı natamam ola bilər. Belə ki, əvvəl 30 nəfərin xəsarət aldığı bildirilirdisə, tezliklə bu rəqəm 50-ə çatıb. İlk dəqiqələrdən polis  hadisəni şərh etməkdən qətiyyətlə imtina etməklə yanaşı  məlumatı yaymamağa çağırıb. Lakin yerli jurnalistlər  terror aktının olduğunu bildirirlər. Yük maşınının sürücüsü intihar edib.
Bir neçə dəqiqə sonra hadisə yerində üç nəfərin həlak olması barədə məlumat verilib. Xəsarət alanlar haqqında məlumat müxtəlif olub.  KİV-in məlumatına görə hadisə nəticəsində zərər çəkənlərin sayı əvvəlcə 30 nəfər bildirilsə də, tezliklə bu 50-dək artıb. Onlardan 6 nəfərin vəziyyəti  ağırdır. 
Polis hadisə yerini mühasirəyə alaraq  vətəndaşları  şəhərin mərkəzinə getməməyə çağırır.  Həmçinin asayiş keşikçiləri  rəsmi kanallar vasitəsilə təşviş və şayiələrə uymamağa çağırır, məlumatlar dəqiqləşdirildikdən sonra bu barədə xəbər veriləcəyini bildirir. 
Məlumatlara görə, yük maşınının sürücüsü hadisədən dərhal sonra intihar edib. Onun odlu silahı olması da  bildirilir.
Hazırda baş verənləri  qeyri-rəsmi olaraq planlaşdırılmış aksiya  adlandırmasalar da, rəsmi bəyanatda  hadisənin səbəb və motivlərinin hələlik aydın olmadığı bildirilir. 
Bəzi məlumatlara görə, hazırda baş verənlərlə bilavasitə əlaqəsi olan daha iki nəfərin axtarıldığı bildirilir. Polis tərəfindən hadisə yerində partlayıcı maddə axtarılır.
 

 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...