Neft ucuzlaşdı

İqtisadiyyat
11:30 / 07.04.2018
1441
Dünya birjalarında neft ucuzlaşıb.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,48 dollar və ya 2,33% azalaraq 62,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22 dollar və ya 1,79% azalaraq 67,11 dollar təşkil edib.