İnsanın fikirlərini “eşidən” cihaz
09:59 / 07.04.2018
2731
ABŞ-ın Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini "eşidən” "AlterEgo” cihazını hazırlayıblar. Sonluqları istifadəçinin çənəsinə doğru uzanan, ayrı-ayrı sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.
"AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyi ilə ünsiyyət qurur. İstifadəçi "vaxt” sözünü "düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.
Cihazın yaradıcıları güman edirlər ki, "AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək.