\"Salah Ronaldo və Messinin səviyyəsinə yüksələ bilər\"

\
"Liverpul”un sabiq oyunçusu və canlı əfsanəsi sayılan İan Raş yarımmüdafiəçi Məhəmməd Salah haqda danışıb.

Sfera.az  xəbər verir ki, "Omnisport” saytına müsahibə verən mütəxəssis deyib ki, Salah formasını belə saxlasa,  tezliklə Ronaldo və Messinin səviyyəsinə yüksələcək:

"Əgər bir neçə ay qabaq kimsə desəydi ki, o 30 dəfə fərqlənəcək, həmin adamın üzünə gülərdim. Ancaq bu oldu. Oyunu valeh edir. "Uotford”da 4 qol vurub, eyni zamanda tərəfdaşlarına 3 qol pası verməyini unutmayacağam. İldən-ilə təcrübəsini artırsa Messi və Ronaldo səviyyəsinə çatar. Onları isə mən dahi oyunçular sayıram".
 


OXŞAR XƏBƏRLƏR