Azərbaycanda “havalanan” ev QİYMƏTLƏRİ: 5 milyonluq evi kimlər alır?

Azərbaycanda “havalanan” ev QİYMƏTLƏRİ: 5 milyonluq evi kimlər alır?
Mart ayında Azərbaycanda mənzil bazarında qiymətləri ucuzlaşdığı deyilsə də, mənzillərin qiymətinə nəzər saldıqda bu ucuzlaşmanı görə bilmirik. 

Mənzil alqı-satqı saytlarına nəzər saldıqda da bazarda qiymətlərinin kifayət qədər yüksək olduğunu görə bilərik. Məsələn, Xətai rayonunda 2 milyon 300 min manata ev satılır. 265 m²-a olan kupçalı, 5 otaqlı mənzil üçün aylıq ödəniş 8 min 680 manatdır. 

Nərimanov rayonu ərazisində isə icarəyə verilən 2 400 kv-m obyektin satış qiyməti 2 milyon 800 min AZN-dir. Obyektin hər mərtəbəsinin sahəsi 400 kv-dır. 
 
Bundan başqa Bakıda, Nəsimi rayonu ərazisində 19 otaqlı, 1034 kvadrat metrli evi 5 milyon 275 min manata, "Sahil” metrostansiyasının qarşısında yerləşən 1053 kvadrat metrlik 8 otaqlı mənzili isə 5 milyon 100 min manata satılır.

Torpaq sahələrinin də qiyməti xeyli yüksəkdir. Elanlara nəzər salsaq görərik ki, məsələn, Görədil qəsəbəsində sərhəd qoşunları atçılıq mərkəzinin tam yaxınlığında, dənizə möhtəşəm mənzərəsi olan 500 sot "kupça”lı torpaq satılır. 1 sotun qiyməti 3000 AZN-dir. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...