Molla qız qaçırdı, vur çatlasın toy etdi (VİDEO, FOTO)
Cəmiyyət
22:03 / 17.10.2015
1511
Türkiyədə maraqlı hadisə baş verib.
Sfera.az-in məlumatına görə, Hakkariyə təyin olunmuş 25 yaşındakı molla Osman Çuxur ailəsi evlənmələrinə qarşı çıxdığı üçün sevdiyi qızı qaçırıb. Osman Çuxur və sevgilisi üçün kəndlilər, Hakkari ənənələrinə uyğun olaraq toy edib.
Trabzonun Arsin kəndində yaşayan molla kəndlərindəki Semra Kazancını sevib. Hakkariyə təyinat aldıqdan sonra sevgilisi ilə evlənmək istəyən Çuxur qızı ailəsindən istəyib. Ancaq ailənin bu evliliyə qarşı çıxması işləri qəlizləşdirib. Molla Kazancıyla birlikdə qaçmağa qərar verib. Bir həftə əvvəl çalışdığı Hakkarinin Durankaya kəndinə gətirən molla dərhal toy hazırlıqlarına başlayıb.
Məktəb bağçasında edilən toy mərasiminə Hakkari müftisi, mollanın atası İsmayıl Çuxur, böyük qardaşı Cihan Çuxur, gəlinin atası Əli Şemal Kazancı və kəndlilər qatılıb. Toyda iştirak edən qonaqlar bəyə 15 min TL, gəlinə isə çox sayda qızıl taxıb. (baku.w.)