Məşhur əlbayaxa döyüşçü həbs ediləcək - VİDEO

Məşhur əlbayaxa döyüşçü həbs ediləcək - VİDEO
Qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, yarıyüngül çəkidə sabiq dünya çempionu Konor Entoni MakQreqor böyük qalmaqala səbəb olub.

Sfera.az bildirir ki, 29 yaşlı irlandiyalı döyüşçü, əvvəllər peşəkar boksçu olmuş Konor MakQreqora qarşı Nyu-York Polis Departamenti (NYPD) cinayət işi qaldırıb, istintaq gedir.

Səbəb isə onun aprelin 7-də keçiriləcək UFC çempionatının iştirakçılarına hücum etməsidir.

Bu barədə məlumatı və videonu ESPN-nin reportyoru Brett Okatomo yayıb.

UFC-nin prezidenti Deyna Uaytın dediyinə görə, MakQreqorun həbsinə artıq order hazırlanır.

Aprelin 6-də K.MakQreqor Nyu-Yorkun Bruklin səmtindəki "Barclays Center"də UFC döyüşçülərinin olduğu avtobusa hücum edib. Ona rusiyalı UFC döyüşçüsü Artyom Lobom da dəstək verib. Konor dəmir məhəccərin bir hissəsini qopararaq avtobusa atıb, şüşələri sındırıb. Amerikalı UFC döyüşçüsü Maykl Kyeza olayda yaralanıb.

İrland çempionun sinirlənməsinə səbəb onun UFC çempionu titulundan məhrum olunmasıdır. Konor MakQreqor uzun müddətdən bəri titulunun müdafiəsi ilə bağlı döyüşlər keçirməyib. Daha doğrusu, Konor 2016-cı ildən bəri belə döyüş təşkil etməyib.

K.MakQreqor Twitter akkauntunda yazıb: "Əlimdən heç nəyi ala bilməzsiniz".

UFC prezidenti Deyna Uaytın dediyinə görə, Həbib Nurmaqomedovla Maks Hellouey arasında absolyut çempion titulu uğrunda döyüşdən əvvəl M.MakQreqor rəsmi olaraq çempion titulundan məhrum ediləcək.

Deyna Uaytın dediyinə görə, Nurmaqomedov-Hellouey döyüşünün qalibinin Konor MakQreqorla qarşılaşmasını istərdi.

Həbib Nurmaqomeqodun rəqibi amerikalı Toni Ferqüsson olmalı idi. Lakin Toni məşqdə dizini zədələdiyi üçün döyüşdən imtina edib. Onun əvəzinə rinqə Maks Hellouey çıxacaq.

Rusiya və İrlandiya vətəndaşı olan Artyom Lobov Nyu-Yorkdakı oteldə H.Nurmaqomedovla dalaşmağa çalışıb. Sabah o, amerikalı Aleks Kasereslə rinqə çıxmalı idi. Lakin qalmaqala görə A.Lobov turnirdən kənarlaşdırılıb.

UFC-nin ən məşhur və populyar döyüşçülərindən olan K.MakQreqor qarışıq döyüş stilində peşəkar rinqdə 24 döyüş keçirib, 21 dəfə qalib gəlib, 3 dəfə məşğul olub. UFC tarixində ilk dəfə o, eyni vaxtda 2 çempion kəmərinə yiyələnib.(milli.az)

OXŞAR XƏBƏRLƏR