KQB ilə əlaqə, milyardlar və sui-qəsdlər: “Vor zakon” müharibələri - VİDEO

KQB ilə əlaqə, milyardlar və sui-qəsdlər: “Vor zakon” müharibələri - VİDEO

 

 

 

Sovet vaxtı çox az qanuni oğru tapılardı ki, KQB ilə əlaqədə olmasın. "Vor zakon”lar KQB-yə lazım idi. Dövlət kriminal aləmi nəzarətdə saxlamaq istəyirdi. Öz növbəsində qanuni oğrular təhlükəsizlik xidməti ilə əməkdaşlığa gedir və lazım olan halda dəstək ala bilirdilər. Əməkdaşlıq etməyən düşərgələrdə ömür boyu çürüyürdü.


Sfera.az bildirir ki, bəzən bu dəstək klanlararası müharibələrdə çox gərəkli olurdu. Xüsusi xidmət orqanlarının Segey adlı məxfi əməkdaşı bir vaxtlar müsahibə vermişdi ki, "Yaponçik" də, "Ded Xasan” da, "Şakro” da onun təşkilatı ilə əməkdaşlıq edib.


Oğru dünyasında bu cür söz-söhbətləri kim eşitməyib ki? Guya "Şakro”ya gizli surətdə zabit rütbəsi veriblər. "Ded Xasan” isə prezidentin köməkçisi Valentin Vlasovu çeçen əsirliyindən xilas edib. Məhz buna görə güc strukturları "Ded Xasan”ın "Rudik”lə bağlı "sxodka”sını (toplantı red.) dağıtmadılar. Həmin "sxodka”da"Rudik Bakinski”nin oğru adı əlindən alındı.


 

Əslində "Rudik” oğru qanularını pozmamışdı. Sadəcə oğru dünyasının liderlərininn iqtisadi marağı toqquşmuşdu. Dövlət kimin tərəfini tutsa, o qalib gələcəkdi. Mübahisə neft biznesi üstündə idi. "Şakro” və "Ded Xasan” bu biznesə tam yiyələnmək istəyirdilər.


1999-cu ilin fevralında "Rudik” killerlərin açdığı atəşlə dəlik-deşik edildi. "Şakro” isə bu hadisəyədək düz 3 dəfə sui-qəsdə məruz qalmışdı. Yaralanmışdı, ancaq ölməmişdi. Ümumilikdə, bu müharibədə 150 nəfərdən çox adam həyatını itirdi.


90-cı illərin sonu, 2000-ci illərin əvvəlində kriminal liderlərin sərvəti fantastik dərəcədə artmışdı. FSB analitiklərinin məlumatına görə, "Ded Xasan” və "Taro”nun ( Tariel Oniani) hərəyə ən azı 2 milyard dollar sərvəti vardı. Qorxularından cangüdənlərə, mühafizəyə milyonlar xərcləyirdilər.


"Şakro” harasa gedəndə onlarla silahlı mühafizəçi, avtomobillər müşayiət edirdi. Qıraqdan baxana elə gəlirdi ki, prezident kortejidir.

Lakin bunların da əbəs olduğunu görəndə İspaniyaya köçdü. Rusiyada qalan "Ded Xasan" və "Yaponçik” isə bildiyimiz kimi güllələndilər.


 

İlqar Atabəyli

 



OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...