Pensiyalarla bağlı mühüm AÇIQLAMA

Pensiyalarla bağlı mühüm AÇIQLAMA
Dövlət tərəfində hər dəfə pensiyalar artırılsa da yenə də yaşlı insanlarımız yenə də işləməyə davam edir. Başqa dövlətlərə nisbətən Azərbaycanda verilən pensiya ailə dolandırmaq üçün yetərli hesab olunmur.

Sfera.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, orta əmək haqqı aşağı olan ölkədə heç zaman pensiya yuxarı ola bilməz:"Pensiya əmək haqqına bağlı olur: "Azərbaycanda bu gün orta əmək haqqı 525 manatdır. Amma böyük əksəriyyətinin aldığı maaş 525 manatdan aşağıdır. Bizdə bir çox insanın aldığı təxmini maaş 300 manatdır. Bura müəllimlər, həkimlər və başqaları daxildir. Belə olan halda insanlarımıza verilən pensiyaların miqdarı yuxarı ola bilməz. Avropada hər 3-4 işləyənə bir pensiyaçı düşür. Amma bizdə pensiyaçılarla işləyənlərin sayı demək olar ki, eynidir. Pensiyaların artımı üçün ilk öncə bu problemi aradan qaldırmaq lazımdır. Çünki bu cür vəziyyət pensiyaların verilməsinə böyük əngər yaradır. Nə qədər artım olsa da pensiyalar aşağı olacaq. Pensiyanın artması üçün ilk öncə orta əmək haqqı artırılmalıdı. Təkcə qanunvericiliyi dəyiməklə problemləmin həlli mümkün deyil. İnsanların aldığı əmək haqqı artmalıdır ki, onun qarşılığında pensiyalar da qalxsın.

Samir Əliyev onu da vurğulayıb ki, Azərbaycanda yaşlı insanlara yanaşım düzgün deyil. Əgər qocalmısansa evdə nəvələrinə baxmalısan. Amma başqa dövlətlərdə bu belə deyil. Onlar evdə oturmaq əvvəzinə müxtəlif ölkələrə səyahət edir və yaxud da işlərinə davam edirlər. Amma bizdə işə qəbul zamanı təcrübəyə deyil, yaşa baxırlar. İlk öncə bu tendensiya aradan qaldırılmalıdır. Problem yaşlı insanların işləməsi deyil. Onların harda işləməkləridir. Pensiya yaşına çatan adam işləmək istəyir. Niyə də buna qadağan qoyulsun. Bu yaxınlarda baş verən qəza nəticəsində bir yaşlı xanım həyatını itirdi. Onun əvəzində cavan bir insan ola bilər. Problem işin nə qədər təhlükəli olması ilə bağlıdır. Bu gün kifayyət qədər pul xərclənir. Niyə belə yerlər üçün avadanlıqlar alınmır. Yolların təmizlənməsi üçün əl əməyindən istifadə olunur. Düşünürəm ki, təhlükəli yerlərdə avadanlıqlardan istifadə olunmalıdır".

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...