FİFA daha 3 qaydanı dəyişir

FİFA daha 3 qaydanı dəyişir
FİFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır. Ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.

Birinci dəyişiklik əvəzetmələrə aiddi. Hazırkı qaydalara əsasən, əvəzlənən futbolçu dördüncü hakimin yanından meydanı tərk etməlidi. Yeni qərara görə, oyunçu referinin işarəsindən sonra ən yaxın yerdən meydançadan çıxacaq.

İkinci dəyişiklik məşqçilərin də sarı vərəqə ilə cəzalandırılmasını ehtiva edir. Mövcud durumda çalışdırıcılar intizamsız davranışa görə birbaşa meydandan qovulurlar. Bundan sonra isə əvvəlcə "sarı” ilə cəzalandırılacaq, sonra tribunaya göndəriləcəklər.

Son dəyişiklik isə qapıdan zərbə ilə bağlıdı. İndiki qaydalara əsasən, qapıçı topu oyuna daxil edərkən mütləq topu cərimə meydançasının kənarına ötürməlidi. Dəyişiklik zamanı qolkiperlər cərimə meydançası daxilində olan komanda yoldaşına da ötürmə verə biləcək. Ancaq ötürmə anında rəqib futbolçu cərimə meydançasına daxil ola bilməyəcək.(Apa)

OXŞAR XƏBƏRLƏR

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...