İnsultla bağlı qorxulu STATİSTİKA

İnsultla bağlı qorxulu STATİSTİKA
2017-ci ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 12 000 çoxdur.

Bu barədə Səhiyyə Nazirliyindən Sfera.az-a verilən məlumatda bildirilib.

Bu müraciətlərdən 63300-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82000 -dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12500-dən artıq olub ki, bu rəqəmdə azalma qeyd edilir. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunub. Bu səbəbdən 2017-ci ildə həkim yanında uşaq ölümü qeydə alınmayıb.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub.

Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354 ; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın; insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311olub.

Keçən illə müqayisədə miokard infartı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.

Rəsmi məlumata görə, doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub ki, onların da 93 hospitalizasiya olunub.

BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olub. Hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, hospitalizasiya 16734 olunmuşdur. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 nəfər təşkil edib.

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub.

Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

Təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə BŞTvəTTYS rəqəmsal və analoji rentgen apparatları ilə edilib. Ağır yataq xəstələrinin rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, portativ rentgen apparatı ilə evdə rentgen müayinəsi aparılır.

Həmçinin BŞTvəTTYS-nın evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.

2015-ci ilin mart ayından 2018-ci ilədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 1400-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub. Belə ki, 2015-ci ildə 206, 2016-cı ildə 481, 2017-ci ildə isə 732 təşəkkür məktubu, zəngləri daxil olmuşdur və həmin şəxslərə stansiyanın rəhbərliyi və HİK tərəfindən təşəkkür elan edilib.

OXŞAR XƏBƏRLƏR