İlham Əliyev Venesuela, Serbiya və Nepal XİN rəhbərləri ilə görüşdü - FOTO

12:05 / 05.04.2018
1699
Azərbaycan prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat ilə görüşüb.
Prezident daha sonra Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Dacic ilə görüşüb.
İlham Əliyev ilə Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavali arasında da görüş olub.
Sfera.az bildirir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.