Oğru dünyasının “generalissimus”u azadlığa çıxır - QAN SU YERİNƏ AXACAQ

Oğru dünyasının “generalissimus”u azadlığa çıxır - QAN SU YERİNƏ AXACAQ
Tariel Onianinin 10 illik həbs cəzası bitmək üzrədir.

Sfera.az xəbər verir ki, kriminal aləmdə "generalissimus” hesab edilən "Taro”  hələki Orenburqdakı sərt rejimli "Qara Delfin” həbsxanasındadır.
İzolyasiyadan qurtulan kimi oğru dünyasındakı sükut pozulacaq. Çoxları onun qayıdışını sunami kimi xarakterizə edir.

Son 20 ildə kriminalitetdə 4 "generallisimus” qalmışdı. Onlardan ikisi - Vyaçeslav İvankov (Yaponçik) 2009-cu ildə, Aslan Usoyan (Ded Xasan) isə 2013-cü ildə elə "Taro”nun sifarişi ilə güllələndilər.

Dördüncü "generalissimus” "Şakro” isə polis generallarına rüşvət üstə ilyarım əvvəl həbsə düşüb və yaxın zamanlarda azadlığa çıxacağı imkansız görünür.
Digər qanuni oğruların isə "rütbə”si Onianiyə nisbətən aşağıdır. 

"Taro”un qayıdışı ilə Rusiyada 3-cü "oğru müharibəsi”nin başlanacağı gözlənilir.

Birinci müharibə, 40-cı illərdə oldu. Həmin vaxt cəbhəyə gedən kriminalitetlə orduda xidməti rədd edənlər arasında qanlı savaş oldu. Birincilər arasında hətta Sovet İttifaqı Qəhrəmanı vardı.

Döyüşənlərə "suka” adı verərək yorturdular. Elə veteran-oğrular da eyni üsulla cavab verirdilər. İkinci müharibə Nikita Xruşşovun zamanında oldu. 50-ci illərdə bütün oğruları eyni düşərgəyə yığışdılar. Bir barakda 3-40 oğru, bəs yeri kim yığışdırsın, süpürsün, balandanı daşısın? Güclülər zəifləri oğru dili ilə desək sındırdılar. Bu savaş da kriminalitetdən xeyli başlar apardı.

Onianinin qayıdışı ilə 3-cü savaş başlayacaq və bu dəfə də "qan su yerinə axacaq”.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...