"Ermənistan regiondan sürgün olunacaq" - Politoloqdan PROQNOZ

"Mart ayında baş verən 3 hadisə erməniləri pərişan etdi. Azərbaycan diplomatiyasının gücü ölkənin hərbi gücü qədər ermənilərdə xof yaratdı. Türkiyə rəsmilərinin, müxtəlif ölkələrin xarici işlər nazirlərinin Bakıya gəlişi və təşkil edilən forum erməniləri narahat edib. Hətta erməni ekspertlər də şərh verərək bildirmişdir ki, bu gedişatla deyəsən Ermənistan regiondan sürgün olacaq".

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, bu gün azərbaycanlıların işğal olunmuş ərazilərə geri qaytarılması məsələsi də gündəmdədir:

"Serj Sarkisyan Münhendə keçirilən görüşdə azərbaycanlı jurnalistin sualını cavablayarkən demişdi ki, azərbaycanlılar Dağlıq Qarabağ və ətraf ərazilərə qayıda bilər. Yəni, burada müəyyən şərt nəzərdə tutulur. Qondarma qurumunun rəhbəri Bako Saxakyan ABŞ-da xəbər saytlarının birinə verdiyi açıqlamada da belə demişdi. Bu çıxışlarda azərbaycanlıların qondarma Dağlıq Qarabağ Respublikasının yurisdiksiyasını qəbul etməsi nəzərdə tutulur. Lakin fikir versəz görərsiz ki, qondarma respublikanın de-fakto rəhbəri öncələr belə açıqlamalar verə bilmirdi. Deməli, onu bu cür danışmağa məcbur edən qüvvələr var.
 
Azərbaycanlılar 25 ildir ki, Dağlıq Qarabağdan deportasiya edilib. Bu müddətdə onlar Dağlıq Qarabağın statusunu müəyyən edə bilsələr, edərdilər. Beynəlxalq hüquq buna imkan verməyib. Prosesləri ləngitmək istəmədiklərinə görə qondarma respublikaya hüquqi status vermək üçün belə şərt qoyublar”.
 
M.Əhmədoğlunun sözlərinə görə, azərbaycanlılar ora qayıtdıqdan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində mühim rol oynayacaqlar:
 
"Çünki Dağlıq Qarabağdakı prosesin tənzimlənməsi üçün Helsinki yekun aktında 3 prinsip nəzərdə tutulub. Güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri rəhbər tutulmalıdır”.

M.Əhmədoğlu yaxın müddətdə mühüm hadisələrin baş verəcəyini proqnozlaşdırır:
 
"Mühüm hadisələrin baş verəcəyini gözləyirəm. Ölkə başçısı 6-cı Qlobal Bakı forumunda fikir bildirdi ki, Dağlıq Qarabağ problemi BMT-nin qətnaməsi və Helsinki yekun aktına müvafiq olaraq tənzimlənməlidir".

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR