Bakı-Sumqayıt yolunda təhlükə artır - sürüşmə aktivləşib
Cəmiyyət
03:19 / 16.10.2015
1387
Sfera.az bildirir ki, Bakı-Sumqayıt yolunda baş verən çökmə daha da genişlənib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a bildirib ki, bu günlərdə çökmədə 1 santimetrdən çox artım qeydə alınıb.“Avtovağzal istiqamətində müəyyən qədər batma hiss olunur. Sürüşmə aktiv fazadadır, çatlarda genişlənmə müşahidə olunur. Yağışın yağması, çökmə və oturmanın fəaliyyəti daha da genişləndirə bilər. Yolun mərkəzi hissələrinə doğru çökmədə aktivləşmə müşahidə edilir. Avtovağzal istiqamətində təsiri çox da real görünmür. Lakin yolun dayanıqlılığı, torpaq qatının sürüşməyə nə qədər dözəcəyi bilinmir. Bunu tikintini aparanlar bilməlidirlər”.Baş geoloqun sözlərinə görə, Avtovağzal kompleksi ətrafında geoloji kəşfiyyat aparılmalıdır ki, yeraltı suların sürüşməyə təsiri araşdırılsın.