Türkiyə Suriya ilə sərhəddə naməlum təyyarəni vurdu

Türkiyə Suriya ilə sərhəddə naməlum təyyarəni vurdu
Sfera.az bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yaydı.Türkiyə HHQ-nın (Hərbi-hava qüvvələri) təyyarələri Suriya tərəfindən hava məkanını pozan naməlum təyyarəni vurub.Bu barədə ölkənin Silahlı Qüvvələri Baş qərargahının yaydığı məlumatda bildirilib.“Bu gün Suriya sərhəddində ölkəmizin hava məkanında naməlum bir təyyarə təsbit edilib. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, təyyarə hərəkətini davam etdirib. Sərhədimizdə xidməti vəzifəsini icra edən qırıcılarımız qanunlar çərçivəsində ona atəş açaraq yerə düşürüblər”, - məlumatda bildirilib.Baş qərargahdan vurğulayıblar ki, ölkənin hava məkanının pozulmasının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.16:00Türkiyənin Baş qərargahının məlumatında Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddə naməlum təyyarəni vurduğu deyilir.Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

OXŞAR XƏBƏRLƏR