"Biz həmrəyliyimizi ortaya qoymalıyıq" - Oqtay Əsədov

"Avropa ölkələrində bir qrup şəxslərin Azərbaycan prezidentinə və xalqımıza qarşı apardıqları söyüş və təhqir kampaniyasına cavab olaraq, ictimaiyyət həmrəylik nümayiş etdirilməlidir".

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri Əli Hüseynli bildirib. 
Ə.Hüseynli deyib ki, hər kəs bu məsələyə münasibətini bildirməlidir:

"Hər kəs bilməlidir ki, ölkə prezidenti, hakimiyyət nümayəndələrinə qarşı  təhqir, həm də  dövlətimizə, xalqımıza qarşж təhqir və böhtandır. Azərbaycanlı olmaq üçün burada doğulmaq, azərbaycanlı ad, soyadı daşımaq kifayət deyil. Elə insanlar var ki, azərbaycanlı təfəkküründən uzaqdırlar. Bizim həmrəyliyimizi ölkəyə, prezidentə, dövlətə sədaqətimizi bununla barışmayan mövqeyimizi ortaya qoymalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələyə münasibət bildirmək üçün Milli Məclisdə çıxış etmək mütləq deyil:

"Mətbuat, saytlar var, orada fikirlərinizi bildirə bilərsiniz. Aydındır ki,  həmin insanlar Azərbaycan xalqının milli dəyərlərindən, mənəviyyatından uzaqdır”.

OXŞAR XƏBƏRLƏR