“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi nəşr olunub

“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi nəşr olunub

Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuə nəşr olunub. Məcmuədə 2000, 2005, 2010-2014-cü illərdə ölkəmizdə təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər verilib.

“Təhsil” bölməsində məktəbəqədər, məktəbdənkənar, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri, həmçinin doktorantura haqqında məlumatlar toplanıb.

“Elm” bölməsinə elmi-tədqiqat müəssisələrinin, işçilərin sayı və tərkibi, yerinə-yetirilmiş elmi-texniki işlərin həcmi, bu sahəyə çəkilən xərclər, istifadə olunan əsas vəsaitlər haqqında məlumatlar daxil edilib. Məlumatlar sektorlar, müəssisələrin növləri və elmin sahələri üzrə verilib.

“Mədəniyyət” bölməsində kütləvi kitabxanalar, klub müəssisələri, muzeylər, teatrlar, konsert təşkilatları, kinoteatrlar, sirk, zoopark, mədəniyyət və istirahət parkları haqqında məlumatlar dərc olunub.

Məcmuə iqtisadçılar, statistiklər, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR