"Maliyyə Bazarlarına Nəzarət Palatasında intriqalar hökm sürür" - Deputatdan AÇIQLAMA

13:45 / 03.04.2018
2441
"Bu gün Azərbaycanda ən ciddi problem vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemlərdir. Vaxtilə kommersiya bankları aşağı faizlə vəsait götürərək, vətəndaşlara ikiqat artıq kredit verəndə bilməliydi ki, belə bir durumla üzləşəcək".
Sfera.az xəbər verir ki, bu fikirləri Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.
Deputat deyib ki, bunu anlamırdılarsa, o zaman onlar nə üçün bank işi ilə məşğul olublar:
"Biz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdıq. Ümid edirdik ki, bu qurum probləmləri həll edəcək. Ancaq məlumatlar var ki, orada intriqalar hökm sürür, faktiki olaraq iflic vəziyyətdədirlər. Onlar maaş alırlar, haradadır fəaliyyətinin nəticələri? Biz sözümüzü deyirik, nəticəsi yoxdur. Xahiş edirəm Oqtay müəllim, siz seçkilərdən sonra bu məsələni nəzarətə götürün, vətəndaşları narahat edən bu məsələnin həllinə yardımçı olun!”.
Orxan Bəşirov