Hafiz Hacıyev: "Mənim nəinki şirkətim, heç pişiyim də yoxdur"

Gündəm
13:21 / 03.04.2018
2403
Son günlər "Müasir Müsavat" partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin çoxsaylı şirkətlərinin olması ilə bağlı mediada məlumat yayılıb.
Sfera.az-a açıqlama verən H.Hacıyev bu barədə məlumatların yalan olduğunu deyib:
"Ac bir adamam, acından günorta dururam. Hansı şirkətim varsa, açıb göstərsinlər, şəklini yaysınlar. Göygöl rayonunda, əmim oğlunun 22 ədəd mal-qarası var. Bu o demək deyil ki, mal-qara mənə məxsusdur. Mənim nə şirkətim olacaq? Millətin dərdindən çöllərə düşmüşəm. Kim deyibsə, başını daşdan-daşa vurub. Mənim həyatım hamıya açıqdı, şəffaf insanam. Kirayədə qalıram. Kiminsə "putka" tikməsi, şirkəti olması demək deyil. Görün dövlət qeydiyyatında bir evim varmı? Mənim heç küçüyüm, pişiyim yoxdur".
Nigar Məhərrəm
Sfera.az