Dollar kreditlərində əhaliyə 62 qəpik endirim

Dollar kreditlərində əhaliyə 62 qəpik endirim
"0.78 manatla dollar krediti götürən vətəndaşlara 0.62 manat güzəşt etmək mümkündür".
 
Sfera.az xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dollar kreditlərinə güzəştin qəbul edilib-edilməyəcəyini söyləmək çətindir. Çünki, dollar kreditlərinə güzəşt olunacağı rəsmi qərardır və rəsmi dövlət qurumları tərəfindən verilir. Biz, xarici valyutada olan kreditlərə güzəştin edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, xarici valyutada olan kreditlərə güzəştin verilməyəci halda problemli kreditlər məsələsini həll etmək də mümkün olmayacaq. Biz, 3 tərəfli güzəşt mexanizmi təklif edirik ki, fərq 3 tərəf (müştəri bank və dövlət) arasında bölüşdürülsün. Üç tərəfli mexanizmin üstünlüyü ondan ibarətdir ki, fərq ciddi şəkildə azalır və bu heç bir tərəf üçün ağırlıq yaratmır. Müştəri fərqin 3/1 –ni ödəyir və digər 3/2 –ni isə kommersiya bankı və dövlət ödəyir. Bu, müştəri və bank üçün də ciddi ağırlıq yaratmır və dövlət üçün də ciddi maliyyə yükü tələb etmir. Çünki, dövlət fərqin 3/1 –ni ödəyir. Manatın ABŞ dollarına olan məzənnəsinin 1.70 olduğunu nəzərə alsaq, 0.78 qəpiklə götürülən dollar kreditinin mövcud məzənnə ilə fərqi 92 qəpikdir. Əgər 3 tərəfli güzəşt mexanizmi tərtib olunarsa, o zaman müştəri dollar kreditini 1.70 manat əvəzinə 1.08 manat (3/1) məzənnəsilə ödəyəcək. Bu halda vətəndaş 62 qəpik güzəşt əldə edir ki, bu da mövcud vəziyyətdə ən gözəl təklifdir. Yəni, bizim təfkil etdiyimiz 3 tərəfli güzəşt mexanizmi Rusiya daxil olmaqla bir neçə avropa ölkələrində var.

"Dollar kreditlərinə güzəştlər tətbiq olunmasa, problemli kreditlər məsələsi həll olunmasa nəinki vətəndaşın ödəmə qabiliyyəti həm də bankların sağlamlaşdırılması baxımından problemlər davam edəcək. Ya dövlət bizim qeyd etdiyimiz kimi güzəşt mexanizmi tətbiq etməli ya da ABŞ –da olduğu kimi ayda bir dəfə böhranın qəbul etməklə həmin o problemli kreditləri səhmləşdirərək qiymətli kağızlar bazarına çıxarmaq mümkündür”-deyə V.Bayramlı qeyd edib.

Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) güzəştlərin tətbiq edilməsi istiqamətində mexanika hazırlayaraq tətbiq etməlidir.

OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...