Repetitor yanına gedən qızı bıçaqladılar - Bakıda
Bu gün Akademik Zərifə Əliyeva adına liseyə repetitor yanına yollanan abituriyent qız silahlı hücuma məruz qalıb.
Belə ki, 1999-cu il təvəllüdlü S.Q. evdən çıxaraq hazırlığa gedib. Bir nəfər kepkalı şəxs isə ona sataşaraq onunla birlikdə liseyə getmək istədiyini deyib. Bunu görən taksi sürücüsü qıza yardım edərək liseyə qədər ötürüb.
Lakin S.Q. dərsdən çıxan zaman təqribən 17:00-18:00 radələrində həmin şəxs yenidən ona yaxınlaşıb və tanıdığını bildirirərək qoluna girməyə cəhd edib.
Müqavimət göstərən qız qollarından cinayətkarın bıçaq zərbələri ilə üzləşib və huşunu itirib. Hücum edən şəxsin hadisə yerini tərk etməsindən sonra özunə gələn qız qan içində çətinliklə evə gedə bilib.
O, baş verənləri evdə danışıb və bundan sonra hüquq-mühafizə orqanlarına müraciət etmək qərarı qəbul olunub.
Hazırda S.Q.-nın səhhəti stabildir və həyatı üçün təhlükə yoxdur. //Ölkə.az
Sfera.az