Cinsiyyət orqanında narkotik gətirən saxlanıldı

Hadisə
16:14 / 31.03.2018
6691
Cinsiyyət orqanında və düz bağırsağında narkotik keçirdi İrandan Azərbaycanda narkotik gətirmək istəyən 2 nəfər saxlanılıb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara gömrük keçidindən piyada keçən vətəndaş yoxlanış üçün rayon xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Digər şəxs isə Biləsuvar rayonunda saxlanılıb. Qadın vətəndaşın cinsiyyət orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.