Apreldə dolların qalxması ehtimalı varmı? - PROQNOZ

Apreldə dolların qalxması ehtimalı varmı? - PROQNOZ
Seçki öncəsi Azərbaycan gündəliyində müzakirə olunan əsas mövzulardan biri də məhz 11 apreldən sonra dollar-manatın məzənnəsidir.

İqtisadçı-ekspert Rəşad Həsənov Sfera.az-a açıqlamasında seçki sonrası dollar və manatın məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb:
 
"Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri seçki sonrası manat və dolların məzənnəsinin necə dəyişəcəyi ilə bağlıdır. Bu ayın sonlarında FED-in dolların uçot dərəcəsini artırmasından sonra dünya bazarlarında müəyyən qədər dinamika müşahidə olundu. Azərbaycanda valyuta bazarlarına təsir edən əsas amillərdən biri də neftin qiymətidir. Bu günlərdə neftin qiymətində artım müşahidə olunur. Neftin bir barelinin qiyməti dövlət büdcəsində 45 dollar nəzərdə tutulmuşdu. Hazırda isə neft dövlət büdcəsində nəzərdə tutulandan təxminən 30-40 faiz baha satılır. Bu isə neft şirkətlərinin dolayısı ilə gəlirlərinin artımına, vergi ödənişi məqsədi ilə bazara çıxarılan valyutanın həcminə pozitiv təsir göstərir.  Bununla yanaşı rezervləri artırmaqla bu istiqamətdə yarana biləcək riskləri tarazlaşdırma imkanı var”.
 
Ekspertin sözlərinə görə fundamental faktorlar manatın məzənnəsində ciddi bir dəyişikliyin olacağını proqnozlaşdırmağa əsas vermir:
 
"Neft fondu 2018-ci ildən sonra bazara daha çox vəsait çıxardacağını proqnozlaşdırmaq olar. Eyni zamanda ilin əvvəli ilə müqayisədə ABŞ dollarının daha da dəyərsizləşdiyini görə bilərik. Bu da Azərbaycan manatının dollarla müqayisədə kursunun qorunmasına müsbət təsir edir. Bu kimi faktorların olduğu olduğu halda hər hansı iqtisadi riskin formalaşmasını proqnolaşdırmıram. Əsas risk neftin qiyməti ilə bağlı ola bilər”. 

Bəs, bu gün hansı amillər manat üçün risk hesab edilə bilər? Bu haqda danışan iqtisadçı iki amilin manat üçün risk yarada biləcəyini proqnozlaşdırır: 
"Bu gün  manatın məzənnəsi bazar tələb və təklifə əsasən formalaşır. Məzənnə ilə bağlı qərar siyasi yolla qəbul olunur. Bu faktor manatın gələcəyi üçün ikinci risk hesab edilə bilər. 70-80 faiz əminliklə manatın məzənnəsində ilin sonunadək heç bir dəyişikliyin baş verməyəcəyini proqnozlaşdırmaq olar”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...