"Onu fahişə sandım "- ŞOK TƏFƏRRÜAT
Türkiyədə turizm firmasında işləyən 26 yaşlı qadına gecə evlərinin qarşısındakı avtoparkda təcavüz ediblər.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü il aprelin 23-də Antalayada baş verib. 26 yaşlı S.G. evə gedərkən təcavüzkarın hücumuna məruz qalıb. 26 yaşlı Fatih K. qızı zorla binanın avtodayanacağına apararaq orda onunla cinsi əlaqədə olub.
Hadisə yerindən qaçan Fatih 14 ay sonra saxlanılıb. Fatih K. polisə verdiyi ifadəsində "qadını fahişə bilib əlaqədə olmağı təklif etdimi, avtoparkda öpüşdük, ancaq cinsi əlaqəyə girmədik" deyib. İfadəsi alınan Fatih K. haqqında 11 il azadlıqdan məhrum etmə ittihamı ilə cinayət işi açılıb.
Fatih K. məhkəmədə ifadəsini qismən dəyişib:
"Ondan xoşlandığını dedim. İşləyib-işləmədiyini soruşdum. Binanın girişindəydik. Bir söz demədi. Bundan sonra onu öpdüm. "Burda olmaz" dedi. Avtoparka getdik. Maşınların arasında cinsi əlaqəyə girəcəydik. Bu vaxt bir avtomobil gəldi. Sonra mənə xəstə olduğunu deyib, qeyri-təbii yolla əlaqədə olmağı təklif etdi. Əvvəlcə qəbul etmədim. İlk razılaşdığımızda 50 lirə vermişdim. Sonda onunla razılaşdım və əlaqədə olduq. Sonra isə ayrıldıq".
Müttəhimin vəkili Cəlal Şal da hadisənin təcavüz deyil, hər iki tərəfin razılığı ilə olduğunu deyib.
Məhkəmədə ifadə verən S.G isə bunları söyləyib:
"Hadisədən əvvəl dostlarım məni maışnla gətirib evin qarşısında düşürdülər. Yolu keçib evə gedirdim. Müttəhim çöl qapıdan ardımca içəri daxil oldu. "Üzünün cızılmasını istəmirsənsə bağırma" dedi. Məni avtoparka apardı. Etiraz etmək istədim, yumruğunu göstərdi. Maşınların arasında mənə təcavüz etdi. Qorxduğum üçün dediklərini qəbul etdim".
Hadisə ilə bağlı məhkəmə davam edir. //teleqraf.com