Misir səfiri ilə İqtisadiyyat Nazirliyində görüş

Misir səfiri ilə İqtisadiyyat Nazirliyində görüş
Martın 30-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.

Sfera.az bildirir ki, səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda dilomatik fəaliyyətində uğurlar arzulayıb.
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misir Ərəb Respublikasına səfərlərini vurğulayan Şahin Mustafayev keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Misirlə əlaqələrin inkişafına böyük önəm verildiyini, Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyinin məhz Misirdə açıldığlnı, Azərbaycanın Misirlə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

Şahin Mustafayev bildirib ki, bu ilin fevralında Misirin Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələrimiz energetika, ticarət, təhsil, əczaçılıq və s. sahələrdə əməkdaşlıq edir. Əməkdaşlığın inkişafı üçün potensialı vurğulayan Şahin Mustafayev Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri,  Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasrın Azərbaycana dəvət olunub və səfər çərçivəsində biznes forumun təşkilinin iş adamları arasınada əlaqələrin genişlənməsində əhəmiyyətli olacaqdır.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Misir tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Misir Ərəb Respublikasının  Azərbaycandakı səfiri Adel İbrahim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Azərbaycanın və Misirin biznes dairələri arasında əlaqələrin genişlənməsində bisnes forum, işgüzar görüş və digər formatlı tədbirlərin önəmini qeyd edib, Səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini vurğulayıb.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...