Gömrük komitəsi qəza törədən məmur oğlu haqdaı: "Sensasiya axtarırlar"

Gömrük komitəsi qəza törədən məmur oğlu haqdaı:
Bakıda sərxoş vəziyyətdə ağır yol qəzası törədən Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Sfera.az bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov hadisə ilə bağlı Yenicag.az-a  açıqlama verib:

"Dövlət Gömrük Komitəsində Nüsrət Adıgözəlov adlı şəxs işləmir. 2017-ci ilin noyabrında da belə bir hadisə baş verdi, yol qəzası törədən şəxsin atasının həmin vaxt Dövlət Gömrük Komitəsində çalışdığı barədə məlumatlar yayıldı. Biz onda da açıqlama verdik ki, həmin adda şəxs qurumda fəaliyyət göstərmir. Görünür kimsə sensasiya yaratmaq naminə Dövlət Gömrük Komitəsinin adını hallandırır”.

Xatırladaq ki, "10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin sahibi Adıgözəlov Elvin Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə, onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, xəbəri «Report» yayıb.
 


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...