Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu

Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu
Salyan rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub. 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə martın 30-da  axşam saatlarında Şirvan Milli Parkı ərazisində qeydə alınıb. 

Belə ki, Hacıqabul rayon sakinləri - 30 yaşlı Elvin Tərxan oğlu İsrafilov və 35 yaşlı Rahil Heybət oğlu Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brokonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla qoruğun əməkdaşlarına atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Şirəli oğlu Xalıqov qarın boşluğundan ağır olmayan güllə yarası alıb. Buna baxmayaraq, hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirlib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq, işıqlandırıcı (pojektor) maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri tərəfindən yüngül yara almış İltifat Xalıqova ilk tibbi yardım göstərilib və qarın nahiyəsindən güllənin qırması çıxarılaraq ambulator müalicəyə buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...