Bakıda məmur oğlu qəza törətdi: ağır yaralanan var - VİDEO

Bakıda məmur oğlu qəza törətdi: ağır yaralanan var - VİDEO
Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

Sfera.az Report-a istinadən xəbər verir ki, "10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb.

BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.

O, yol polislərinin "saxla!” əmrinə tabe olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib.

O, Yol Patrul Xidmətinin qanuni "saxla!” əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:
 
=

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...