Venesuelanın Azərbaycanda səfirliyi açıldı

10:26 / 31.03.2018
3623
Venesuela Bolivar Respublikasının Azərbaycanda səfirliyi açılıb.
XİN-dən Sfera.az-a daxil olan məlumata görə, Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.
Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.
Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.