\"Heydər Əliyev onu əfv etmişdi...\" - Fransada güllələnən \"qanuni oğru\" ilə bağlı FAKTLAR

\
Xəbər verdiyimiz kimi kriminal aləmdə "Opasnı Roma” və ya Rahim Şəkinski ləqəbi ilə tanınan Rahim Namazov Fransanın Colomie şəhərində arvadı ilə birlikdə güllələnib.

Hadisənin motivi istintaq zamanı məlum olacaq.

Maraqlıdır ki, o, bir müddət əvvəl "qanuni oğru” "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovu və onun yaxınlarını təhqir etməklə gündəmə gəlmişdi. Bundan başqa Namazov illər öncə Fransa mətbuatına verdiyi müsahibədə özünü jurnalist kimi təqdim etməklə yanaşı , "Əlillər” qəzetinin əməkdaşı olduğunu da bildirib.

Görəsən, o, doğrudanmı jurnalist kimi fəaliyyət göstərib? Məsələni dəqiqləşdirmək məqsədi ilə sözügedən qəzetin sabiq əməkdaşı, jurnalist Rey Kərimoğlu ilə əlaqə saxladıq.

Yenicag.az-a açıqlama verən Kərimoğlu onun jurnalist yox, qəzet satan olduğunu bildirib:
 


"Mən 1997-ci ildən "Əlillər” qəzetinin baş redaktor müavini olmuşam. Baş redaktor da Müştəba İsmayıloğlu idi. Artıq vəfat edib. O vaxt Rahim Namazov jurnalist olmayıb. Sadəcə, Müştəba müəllim onu qəzetimizin bir hissəsini nəşriyyatdan götürüb, satmaq üçün tapmışdı. Yəni o adam jurnalist yox, qəzetin satıcısı olub. 2001-ci ildə Qarabağ əlillərinin etiraz aksiyasında Dərnəgüldə müəyyən qarışıqlıqlar oldu. Həmin vaxt o da kütlənin içərisinə qoşulmuşdu. Həmin ərəfədə polisə müqavimətə görə həbs olundu. 6 ay Bayılda "yatdı”. O vaxt rəhmətlik Heydər Əliyev onu əfv etdi. Tək o deyildi, tutulan çox idi. Onsuz da Rahim nə Qarabağ əlili idi, nə də döyüşçü… Bizə qəzeti satan lazım idi, baş redaktor da onu bu işə cəlb etmişdi. 2011-ci ildən sonra bir müddət yoxa çıxdı. Əlaqəmiz də olmadı. Bir də eşitdim ki, xaricdədir. Nə qəzetdə yazı yazıb, nə də araşdırma aparıb”.

OXŞAR XƏBƏRLƏR

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfer...

Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıx...

Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

İlon Mask “X” sosial şəbəkəsində baş verən uzunmüddətli giriş problemi ilə bağlı açıqlama verib.    O, Fox Business Network-ə verdiy...

Əməkdar artist təltif olundu

Azərbaycan Dövlət Milli Gənc Tamşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər  qızı Hüseynova  təltif olunub.   Sfera.az xəbə...

Türkiyənin gücü artır - Avropa təşvişdə

ABŞ və Avropa arasında yaşanan hadisələr Avropanı öz təhlükəsizlik arxitekturasını qurmağa vadar edib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il martın 11-də ABŞ dollarının məzənnəsi dəyişm...