Külli miqdarda heroini satmaq istəyən şəxs tutuldu - FOTO

Külli miqdarda heroini satmaq istəyən şəxs tutuldu - FOTO
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...