Türkiyədə dəhşətli qəza: 4 yaşlı uşaq öldü, azərbaycanlı sürücü həbs edildi

Hadisə
10:52 / 30.03.2018
3050
Türkiyənin Aydın şəhərində dəhşətli yol qəzası baş verib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, qəzanı azərbaycanlı sürücü Nurlan Cəfərli (23 yaş) idarə etdiyi "09 HD 300" nömrəli avtomobillə törədib. Onun avtomobili Süleyman Tülek (38 yaş) adlı sürücünün "09 F 4343" nömrə nişanlı avtomobil ilə toqquşub.
Qəza nəticəsində türkiyəli sürücü yaralanıb. Sürücü xanımı Münəvvər və 4 yaşlı oğlu Furkan Tülek də xəsarət alıb. Təcili tibbi yardım göstərilməsinə baxmayaraq 4 yaşlı Furkan Tüleki xilas etmək mümkün olmayıb.
Hadisəyə səbəb olan azərbaycanlı sürücü həbs olunub.