Cəmi 1 nar artıq çəkidən sizi xilas edir, selulitləri göz önündəcə qar kimi əridir!

Cəmi 1 nar artıq çəkidən sizi xilas edir, selulitləri göz önündəcə qar kimi əridir!
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.
Nar orqanizmi təmizləyir və yağları yandırır.Adətən, qışda idmanla məşğul olmağın çətin olduğu deyilir. Hava soyuqdur, heç yerə çıxmaq istəmirsən, yağ və piy isə üst-üstə yığılır. Belədə, mütəxəssislər nar yeməyi məsləhət bilirlər. Dietoloq Sevinç Bakan arıqlamaq istəyənlərə bəzi məsləhətlər verib: «Qışda əsas yemək aralarında portağal, naringi, fındıq, qoz, qatıq, ayranla yanaşı, gündə bir dəfə nar yeyin. Nar qışın qızıl meyvəsidir. O həm orqanizmin immunitetini artırır, onu təmizləyir, həm də yağları yandırır». Dietoloq həmçinin bildirib ki, şəkərli diabet xəstələri üçün də nar faydalıdır. Çünki nar qanda şəkərin miqdarını tənzimləyir, ürək və damar xəstəliklərindən qoruyur.
İdman salonuna gedə bilməyənlərə dietoloq evdə hərəkətsiz qalmamağı tövsiyə edir: «Qışda çoxları idman etmək istəmirlər. Amma bunun da öhdəsindən gəlmək olar. Məsələn, televizora oturub baxmayın, otaqda ora-bura gəzinərək izləyin. Oturmusunuzsa, əl-qolunuzu hərəkət etdirin. Nahar edəndən sonra boşqabları masadan mətbəxədək bir-bir aparın, siniyə yığmayın. Ev işi görərkən də bədən üzvlərinizi çalışdırın. Hər gün musiqi altında azı 15-20 dəqiqə rəqs edin.

Həkimlər bildirirlər ki, nar şirəsi sürətli arıqlamağa kömək edir.
Bu məqsədlə 100 qr. nar şirəsinə 100 qr. su qatıb, yeməkdən yarım saat öncə için.
Arıqlamaq üçün olduqca səmərəli vasitə nar həlimidir. Onu hazırlamaq olduqca sadədir. 
Bunun üçün 1 orta narı dənələyib blenderdən keçirirsən. Ona 2 xörək qaşığı zeytun yağı əlavə etmək lazımdır. Vasitə yeməkdən qabaq gündə 2 dəfə 1 xörək qaşığı ilə qəbul edilməlidir. Kurs müddəti 1 aydır.
 
SaqlamHeyat.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...