Keçmiş kloun böyük siyasətə gəlir

Dünya
20:39 / 28.03.2018
6091
ABŞ-dakı "Ringling Bros. and Barnum & Bailey circus” sirkinin keçmiş klounu Konqresə seçilmək şansı əldə edib.
Sfera.az "Lenta.ru”-ya istinadən xəbər verir ki, Stiv Laf adlı kloun Demokratlar Partiyasından namizədliyini irəli sürüb.
Cənubi Korolina ştatından namizədliyi irəli sürülən Laf deyir ki, o, əvvəl Yaponiyada işləyib, sonra ABŞ-da tok-şou aprıcısı olub. Məktəblərdəki zorakılıq məsələlərini qabardıb:
"İnsanlar zarafat edir ki, prezidentimiz də kloundu, elə konqresdəki deputatlar da. Məncə bundan pis heç nə ola bilməz".
Keçmiş kloun seçki platformasında silah satışına nəzarətin gücləndirilməsini və pulsuz səhiyyə xidmətini vəd edib.
Qeyd edək ki, ABŞ Konqresinə seçkilər 6 noyabrda keçiriləcək.
İlqar