Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli bu gündən dəyişdi
Cəmiyyət
20:40 / 18.10.2015
1581
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik bu gündən qüvvəyə minir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən verilən məlumata görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb.
Bundan sonra elektrik qatarları gün ərzində 20 reys edəcəklər. Bu reyslərdən 10-u Bakı sərnişin stansiyasından Sumqayıt istiqamətinə, digər 10-u isə əks istiqamətə olacaq.
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Oktyabr ayının 9-da Bakı-Sumqayıt istiqamətində yeni qatarlar xəttə buraxılmışdı. Yaranan insan sıxlığının qarşısının alınması üçün xəttə buraxılan həmin qatarlar Latviyanın paytaxtı Riqada istehsal edilib. Qatara 4 vaqon qoşulmuşdu ki, hər vaqonun da sərnişin tutumu təxminən 70 nəfərə yaxındır.
Ancaq bu qatarlar bir sıra xususiyyətlərinə görə "Stadler Group"un qatarlarından geri qalır. Belə ki, xəttə yeni buraxılan qatarların hər vaqonunda 12 ədəd üç, 16 ədəd iki nəfərlik oturacaqlar var. Təzə qatarlarda "Wi-fi" və "business-class" yerlər yoxdur.
Sfera.az