Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi? - AÇIQLAMA

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi? - AÇIQLAMA
Son günlərdə ölkədə sosial medianın seçki öncəsi məhdudlaşdırılmasına yönələn çağırışlar eşidilməyə başlanıb. Millət vəkili Hadı Rəcəbli də sosial şəbəkələrin bağlanmasının vacibliyini vurğulayıb.
 
Bəs həqiqətən də Azərbaycanda sosial şəbəkələrə məhdudiyyət qoyula bilərmi?

İnformasiya və Kommunikasiya Məsələləri üzrə ekspert Osman Gündüz Sfera.az-a açıqlamasında bu haqda danışıb:
 

 
"Bu gün Milli Məclisin komitə sədri, hörmətli Hadı Rəcəbli bu istiqamətdə açıqlamalar verib. Düşünürük ki əgər ölkədə qərar qəbul edilməsinə təsir edəcək şəxslər səviyyəsində bu tip bəyanatlar verilirsə, fikrimizcə narahatçılıq üçün əsaslar var.

O.Gündüz Azərbaycanın bu mərhələri geridə qoyduğunu və indiki inkişaf səviyyəsində məhdudiyyətlərin lüzumsuz olduğunu bildirib:
 
"Azərbaycanın indiki inkisaf səviyyəsində sosial medianı məhdudlaşdırmaq ideyasını, ümumiyyətlə bunun müzakirəsini yolverilməz hesab edirik və hesab edirik ki, biz artıq o mərhələni keçmişik. Bundan daha çətin ictimai-siyasi proseslər dövründə Azərbaycan İnternetində hər hansı məhdudiyyətlər olmayıb. Biz sosial mediadan, həmçinin elektron mediadan söyüş, təhqir, böhtan və insanları aşağılamaq üçün istifadəni, manipulyasiya üçün istifadəni yolverilməz hesab edirik. Eyni zamanda gündəlik həyatımızın bir hissəsinə çevrilən, real dünyamızın inikası olan, açıq bir qlobal şəbəkədə hansısa bir qeyri-qanuni açıqlamaya, kiminsə tərəfindən olan paylaşıma da aşırı bir münasibət sərgilənməsinə, aşırı səviyyədə qabardılmasına, ictimai rəy olaraq təqdim edilməsinə də lüzum görmürük . Ayrı-ayrı istifadəçilər tərəfindən qlobal resurslarda aparılan qanuna zidd, etikadan kənar hərəkətlərə qarşı daha çox ictimai qınağa üstünlük verilməsini arzulayırıq. Sosial medianın Azərbaycan seqmentindən Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına yönəlik müzakirələr aparılmasının faydalı olacağını düşünürük. Bizim özümüzün bu tip qlobal resurslara, qlobal platformalara daha çox ehtiyacımız var”.
 
O.Gündüzün sözlərinə görə, rəsmi qurumlar bu tip platformalarda bu cür qeyri-qanuni hərəkətlərin qarşısının alınması istiqamətində milli qanunvericilik və beynəlxalq normalar çərçivəsində zəruri addımlar atmalıdırlar:
 
"Düşünürük ki Azərbaycanın strateji maraqları daha çox qlobal informasiya resursları ilə sosial media ilə əməkdaşlığı diqtə edir. Xüsusilə də son dövrlərdə bu tip resurslarda vətəndaşlarla bağlı informasiyaların 3-cü tərəflərə verilməsi, bu tip resurslar vasitəsilə manipulyasiya aparılması, fikrimizcə hökuməti də ciddi düşündürməlidir. Bu baxımdan biz rəsmi qurumların qlobal resurs sahibləri ilə əməkdaşlığına, onların nümayəndəliklərinin burada açılmasına, informasiya bazalarının burada yerləşdirilməsinə, onlarla normal informasiya münasibətlərinin qurulmasına üstünlük verməsini arzulayırıq.

Müasir qlobal dünyada mövcud resursların nəyinsə qarşının alınmasından daha çox faydalı kontentin hazırlanmasına yönləndirilməsi, qlobal resursların faydalı tərəflərindən istifadənin gücləndirilməsi daha vacbdir. Bu baxımdan indiki məqamda dövlətin və cəmiyyətin inkişafı üçün, informasiya sahəsində milli maraqlarımızın qorunması üçün sosial medianın gücündən, onun imkanlarından daha effektiv istifadəyə yönələn konseptual sənədlərin hazırlanmasını vacib hesab edirik”.
 
Nigar Məhərrəm
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...