Sevgililər qucaqlaşıb özlərini qatarın altına atdılar

Dünya
14:56 / 28.03.2018
3724
Metroda iki nəfər eyni anda intihar edib.
Sfera.az bildirir ki, İngiltərədə cütlük qatar platformaya yaxınlaşarkən bir-birini qucaqlayaraq özlərini qatarın altına atıblar.
Dəhşətli intihar hadisəsi Doncaster stansiyasında baş verib.
Hadisə yerinə gələn polisin və həkimlərin verdiyi məlumata görə, onların həyatını xilas etmək mümkün olmayıb.İntihar edənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Hazırda qatarların fəaliyyəti bərpa edilib.(milli.az)