Qaynananın kürəkəni ilə sevgisi ortaya çıxdı, qan su yerinə axdı

Dünya
14:49 / 28.03.2018
6015
Kürəkəni ilə eşq yaşamağa başlayan qaynana bütün ailənin məhvinə səbəb olub.
Sfera.az bildirir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Uzun müddətdir kürəkəni ilə eşq yaşayan qaynanın sirri oğlu Serdar B-ni yeznəsi Samet İ-nin anasına yazdığı eşq dolu mesajları görməsi ilə aşkara çıxıb. Onların münasibətini öyrənən Serdar bacısının evinə gedərək yeznəsini oradan qovub. Serdar 2 həftə sonra yenidən evə dönən Sameti öldürmək üçün dayısı ilə birlikdə bacısının evinə gedib. Yaşanan mübahisə zamanı Samet cibindəki silahı çıxararaq dayı Yusun T-ni qətlə yetirib.
Hadisədə iştirak edən bütün ailə üzvləri həbs olunub. Polisə ifadə verən qaynana Yeter B. " Samet mənim facebook hesabıma sevgi dolu mesajlar yazmağa başladı. Mən bunun yanlış olduğunu dedim amma o buna davam etdi. Mən də ona qarşılıq verməyə başladım. Biz cinsi əlaqəyə girdik. Ondan sonra münasibətimiz davam etdi” deyə bildirib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.(azxəbər.com)