"Türkiyə Rusiyaya qarşı addım atmayacaq" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirib.
 
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezident bildirib ki, Türkiyənin Qərb ölkələri ilə oxşar addım atması gündəmdə deyil:
 
"Xarici İşlər nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bəzi ölkələr belə addım atdı deyə, biz də eyni addımı atmalıyıq deyə bir anlayış içində olmağımız mümkün deyil".


OXŞAR XƏBƏRLƏR