Qızıl ən uğurlu günlərini yaşayır - Gəlir əldə etmək üçün hansı addımları atmalıyıq?

Qızıl ən uğurlu günlərini yaşayır - Gəlir əldə etmək üçün hansı addımları atmalıyıq?
Dünya bazarında qızıl bahalaşıb, neft isə ucuzlaşıb. 

Amerika fond bazarında "Dow Jones" indeksi 1,43% - 23 857,71 bəndədək, "S&P 500" 1,73% - 2 612,62 bəndədək, NASDAQ isə 2,93% - 7 008,81 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,62% - 7 000,14 bəndədək, Almaniya DAX-ı 1,56% - 11 970,83 bəndədək, Fransa CAC-40-ı 0,98% - 5 115,74 bəndədək bahalaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,58% ucuzlaşaraq 69,70 dollar təşkil edib.
Maraqlıdır, bu iki amil ölkə iqtisadiyyatına necə təsir edəcək.

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, qızılın bahalaşması Azərbaycan iqtisadiyyatına o qədər də təsir etməyəcək:
"Azərbaycanın o qədərə də qızıl ehtiyatı olmadığı üçün bahalaşma ölkə iqtisadiyyatına elə bir divident qazandırmayacaq. Bu bahalaşmadan istifadə edib qızıl ehtiyatlarımızı satıb, yaxud da girov qoymaqla gəlir əldə etmək mümkünsüzdür. Lakin neftin ucuzlaşması ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki ölkəmizin iqtisadiyyatının əsas hissəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Azərbaycan dövlət büdcəsinin yarıdan çoxu neft gəlirləri hesabına formalaşır”. 

İqtisadçının sözlərinə görə, neftin uzun müddətli dəyərdən düşməsi istehlak bazarına təsir edə bilər.

Nigar
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...