Türkiyədə avtobus dərəyə aşdı - 33 yaralı

Dünya
09:57 / 28.03.2018
2072
Türkiyənin şimalında Çorum vilayətində sərnişin avtobusunun iştirakı ilə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus dərəyə aşıb.
Xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Yaralılar yaxınlıqdakı vilayət xəstəxanasına yerləşdirilib.