Facebook-a qarşı təhqiqat

Dünya
08:58 / 28.03.2018
2248
Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ kongressinə dəvət olunub.
Sfera.az xəbər verir ki, o sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.
Xatırladaq ki, martın əvvəlində 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan Cambridge Analytica şirkətinə ötürülməsi barədə məlumatlar yayılıb.