Ərə getmək istəməyən qızı gah boğdular, gah taxta ilə döydülər - DƏHŞƏT

Ərə getmək istəməyən qızı gah boğdular, gah taxta ilə döydülər - DƏHŞƏT
ABŞ-ın Texas ştatında İraq əsilli valideynlər öz qızlarına işkəncə verdikləri üçün həbs ediliblər.

Sfera.az xəbər verir ki, "KSAT” telekanalı hadisə ilə bağlı sujet hazırlayıb.

İstintaq zamanı məlum olub ki, Əl-Hişmavi adlı qız 15 yaşından valideynləri tərəfindən zorakılığa məruz qalıb.

Azyaşlı qızı valideynləri yaşlı kişi ilə nişanlayıblar. Həmin kişi onun valideynlərinə 20 min dollar verib. Qız isə sevmədiyinə ərə getməkdən imtina edib.

Buna görə valideynləri onu gah döşəmə taxtası ilə döyüb, gah boğublar, gah da üstünə qaynar yağ töküblər.

Sonda qız evdən qaçaraq polis bölməsinə gedib və başına gələnləri danışıb.

Hazırda Əl-Hişmavinin valideynlərinin hər biri məhkəməyə 30 min dollar girov qoyaraq azadlığa çıxıblar. Qızın "nişanlısı”na qarşı da ittihamlar irəli sürüləcək.

OXŞAR XƏBƏRLƏR