Rusiyada matəm elan olundu

Rusiyada matəm elan olundu
Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i matəm günü elan edilib.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.  

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər həlak olub.

OXŞAR XƏBƏRLƏR