“Bizim torpaqlar avropalıların məzarları ilə doludur” - Jirinovski

Dünya
14:52 / 27.03.2018
1562
LDPR sədri Vladimir Jirinovski ABŞ, Kanada və Avropa ölkələrindən rus diplomatlarının qovulmasını şərh edib.
Sfera.az "Regnum” agentliyinə istinadən xəbər verir ki, qalmaqallı siyasətçi bu hadisələrin qorxudan doğduğunu deyib:
"Bilirsiz bu nəyə görə lazımdır? Avropa İttifaqı dağılır. Xarici təhdid olmadan bunun qarşısını almaq olmaz. Düşmən obrazı lazımdır. Müsəlman dünyası onları qorxutmur, Çin isə çox uzaqdadır. Qalır Rusiya. Avropalılarda qisas hissini oyatmaq asandır. Bizim torpaqlar almanların, avstriyalıların, digər avropalıların məzarları ilə doludur. Hansılar ki, bizimlə vuruşublar”.
İlqar