Türkiyə Suriyada antiterror əməliyyatına başladı - Bu dəfə Tel-Rifatda

14:28 / 27.03.2018
1695
Bu gün Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyada yenidən antiterror əməliyyatına başlayıb.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu dəfə Tel-Rifat bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək nəzərdə tutulub.
Türkiyə qırıcı təyyarələri PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Hazırda isə quru əməliyyatına start verilib.
Tel-Rifatın PYD/YPG terrorçularından təmizlənməsi ilə "Zeytun budağı” əməliyyatı başa çatacaq.