İqtisadçıdan PROQNOZ: "Turist axını dolların kursuna..."

İqtisadçıdan PROQNOZ:
Xəbər verdiymiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcəsini 25 punkt artıraraq 0.25% - 0.50% səviyyəsindən 0.50%- 0.75% səviyyəsinə qaldırdı.

FED-in qərarı və bayram günlərində ölkəyə turist axının olması Azərbaycanda yerli valyutaya necə təsir edəcək?

İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bayram günlərində ölkəyə dollar axının artdığını bildirib:

"Novruz bayramında turistlərin ölkəmizə gəlişi ilə əlaqədar olaraq Azərbaycana dollar axını artıb. Manat da üzən məzənnə ilə tənzimlənsəydi, bazara müdaxilə olmasaydı, turist axını dolların da kursuna təsir edə bilərdi. Bu zaman biz dolların manat qarşısında bir qədər ucuzlaşdığını görə bilərdik. Lakin manat üzən məzənnə ilə deyil, inzibati vasitələrlə tənzimləndiyi üçün qiymətlərdə hər hansı artım və ya azalmanı proqnozlaşdırmaq olmur”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR