Türkiyədə 300 tələbə zəhərləndi

Dünya
23:30 / 26.03.2018
3130
Türkiyənin Tokat şəhərindəki yataqxanalardan birində 300 tələbə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sfera.az "Cnntürk”ə istinadən xəbər verir ki, hadisənin səbəbləri araşdırılır. Yataqxana rəhbərliyi analizin cavabları çıxdıqdan sonra açıqlama veriləcəyini bildirib.
Məsul şəxslərin cəzalandırılmasını istəyən digər tələbələr isə yataqxana qarşısında aksiya keçiriblər.